SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb

SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb
Oxunma sayı: 840

SOCAR AQŞ Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının Səriştəliliklərin Qiymətləndirilməsi proqramının beynəlxalq standartlara uyğun akkreditasiyasını alıb.

Proqram  SOCAR AQŞ üçün bir neçə səbəbdən mühüm əhəmiyyət kəsb edir. İlk növbədə müəssisənin böyük operator şirkətlərinin layihələri üzrə aparılan tenderlərdə  qalib ola bilməsi üçün əlavə imkanlar yaradacaq. Digər tərəfdən, SOCAR AQŞ  ailəsinin əsas gücü olan əməkdaşlarının səriştəliliklərinin artırılması ilə beynəlxalq səviyyədə peşəkarların yetişdirilməsi  və əməliyyatların daha keyfiyyətli və təhlükəsiz aparılması üçün dəstək rolunu oynayacaq.

Səriştəliliklərin Qiymətləndirilməsi Proqramının daha bir əhəmiyyəti isə SOCAR AQŞ kollektivi üçün  açdığı yeni üfüqlərdir. Belə ki, proqram  tam şəffaf qiymətləndirmədə iştirak etmək şansı verməklə  əldə edilən nəticəyə  uyğun olaraq karyera pilləsində  yüksəlmə imkanı yaradacaq. Bundan başqa proqram əməkdaşların hazırkı vəzifəsi üzrə inkişaf etmək  və gələcək vəzifələrə uyğun püxtələşmək üçün  əsas meyar rolunu oynayacaq.

SOCAR AQŞ-nin Təşkilati İnkişaf şöbəsinin müdiri Cəmilə Əşrəfli bildirib ki, müəssisənin 2020-ci ilin əvvəlində müəyyən etdiyi 5 priotitet sahədən biri səriştəliliklərin inkişaf etdirilməsi olub: “Artıq 1 ildir ki, müəssisəmiz bu sahənin inkişaf etdirilməsi və mükəmməlləşdirilməsi istiqamətində iri addımlarla irəliləyir. Bu prioritet sahənin bu il üçün nəzərdə tutulan əsas hədəfi IADC (Beynəlxalq Qazma Podratçılarının Assosiasiyası) tərəfindən Səriştəliliklərin Qiymətləndirilməsi Proqramının akkreditasiyasına nail olmaq idi. Bu akkreditasiya beynəlxalq operator şirkətləri tərəfindən yüksək peşəkarlıq nişanı kimi qiymətləndirilir. Bu gün biz fəxrlə qeyd etmək istərdik ki, iyul ayının 1-dən IADC tərəfindən bu sertifikata layiq görülmüş çox az sayda şirkətlərin arasında bizim də adımız sadalanır”.

Proqramın ilk mərhələsində  özüllərdə fəaliyyət göstərən hər bir vəzifə üçün səriştəlilik profilinin hazırlanması və həmin vəzifə sahibinin səriştəliliklərinin  təmin olunması və inkişaf etdirilməsi nəzərdə tutulub. Bununla da müəssisə olaraq, SOCAR AQŞ  2020-ci il üçün qarşıya qoyduğu  hədəflərə çatmaqla sifarişçi və podratçılarına əvəzolunmaz tərəfdaş olduğunu bir daha nümayiş etdirəcəkdir.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi