SOCAR aztəminatlı ailələrə ərzaq yardımı etməyə davam edir

socar-azteminatli-ailelere-erzaq-yardimi-etmeye-davam-edir
Oxunma sayı: 2086

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.

“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aprelin 6-dan may ayının 4-dək ölkəmizdə xüsusi karantin rejimi  çərçivəsində SOCAR-ın müxtəlif strukturlarının əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində paytaxtın müxtəlif rayonlarında yardım kampaniyalarında iştirak edərək ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları ilə köməklik göstərilib. Yardım göstərilən ailələr göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, SOCAR-ın yardım aksiyası növbəti günlərdə digər məntəqələrdə də davam edəcək.