SOCAR-da korrupsiyaya qarşı necə mübarizə aparılır?

socar-da-korrupsiyaya-qarsi-nece-mubarize-aparilir
Oxunma sayı: 2457

SOCAR-ın prezidenti Rövnəq Abdullayev rəhbəri olduğu şirkətin fəaliyyətində şəffaflığın artırılması  ilə bağlı görülən işlərdən danışıb.

“Qafqazinfo” xəbər verir ki, bununl R. Abdullayev yap.org.az saytına müsahibəsində qeyd edib ki,  tərəfdaşlarla və ictimaiyyətlə əlaqələr sahəsində, şirkətin kommersiya maraqlarını qorumaqla, şəffaflığın təmin edilməsi üçün hər il şirkət tərəfindən korporativ fəaliyyət haqqında təfsilatlı hesabatlar dərc edilir:

“ SOCAR-ın davamlı inkişaf hesabatı, illik hesabat və maliyyə hesabatı nüfuzlu audit şirkəti Ernst&Young tərəfindən, mütəmadi olaraq, yoxlanılır və təsdiqlənir. Bütün fəaliyyətlərdə daha yüksək səmərə əldə etmək üçün şirkət üzrə daxili nəzarət və risklərin idarə edilməsi sistemi təşkil edilmişdir. Mövcud və planlaşdırılan fəaliyyətlərdə risklərin səviyyəsi daim xüsusi struktur bölmələri tərəfindən təhlil edilir, bütün fəaliyyətlərdə risklərin azaldılması üçün zəruri tədbirlər görülür. Şirkətin struktur bölmələrində mütəmadi surətdə daxili auditlər həyata keçirilir. Vəzifə səlahiyyətlərindən sui-istifadənin qarşısını almaq, şirkət üzrə kollektiv ruhunu gücləndirmək və vahid korporativ dəyərləri tətbiq etmək üçün SOCAR-ın korrupsiya ilə mübarizə üzrə siyasəti, biznes etikası məcəlləsi kimi icbari standard sənədlər qəbul edilmişdir. Bu sənədlərin icrasını təmin edən qaydalar və mexanizmlər tətbiq edilmiş, şirkətdə korrupsiya və səlahiyyətlərdən sui-istifadə ilə bağlı ehtimalların araşdırılması üçün işçilərə daxili qaynar xətt açılıb”.