“Biz mütəmadi olaraq əmək haqlarını qaldırırıq”.
“Qafqazinfo” AzVision.az-a istinadən xəbər verir ki, bu barədə gənc neftçilərlə görüşü zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, SOCAR-ın ayırdığı əmək haqqı başqa dövlət şirkətlərinə nisbətən kifayət qədər yüksəkdir:
"Neft şirkətinin büdcəsində imkanlar məhduddur. Buna baxmayaraq, faktiki inflyasiyanı hesablayandan sonra müəyyən qədər inflyasiya kompensasiyası edəcəyik", - deyə .
R. Abdullayev əmək haqlarının hansı miqdarda artacağına da münasibət bildirib: `Bu istiqamətdə ilk öncə hesablamalar aparılmalıdır. Çalışacağıq ki, əməkdaşlarımıza köməklik edək. Büdcə təşkilatlarında çalışanlarla müqayisədə bizim aldığımız arasında çox fərq var. Bu məsələdə inflyasiya nəzərə alınacaq".
Son xəbərlər
Son Xəbərlər