SOCAR-dan 98 milyonluq ödəniş

socar-dan-98-milyonluq-odenis
Oxunma sayı: 1343

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin iyun ayında dövlət büdcəsinə 98 milyon 961 min manat vəsait ödənilib.

Qafqazinfo” xəbər verir ki, şirkətin yaydığı məlumata görə, ümumiyyətlə, cari ilin yanvar-iyun aylarında büdcəyə 661 milyon 742 min manat vəsait ödənilib.

Bundan əlavə, bu ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 173 min manat vəsait köçürüb. Qeyd edək ki, bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 231 min manat və ya 101,9 faiz çox olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyun aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 69 milyon 532 min manat təşkil edib.