SOCAR-dan “Qalatasaray”la bağlı açıqlama

socar-dan-qalatasarayla-bagli-aciqlama
Oxunma sayı: 1287


Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin “Qalatasaray” klubuna forma sponsorluğu ilə bağlı razılığa gəldiklərinə dair xəbərlərə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sportnet.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev açıqlama verib. 

Quliyev Türkiyə mətbuatının yazdıqlarını təkzib edib: “Mən bilmirəm ki, bu cür xəbərlər haradan qaynaqlanır. Bizim gündəmimizdə belə bir məsələ yoxdur”.  

Qeyd edək ki, qardaş ölkə KİV-i “Qalatasaray”ın yeni mövsümdən formasında SOCAR-ı reklam edəcəyinə dair xəbər yayıb. Hətta Azərbaycan şirkətinin bir illik reklam üçün “sarı-qırmızılar”a 20 milyon avro ödəyəcəyi vurğulanıb.