“SOCAR Downstream Management”in direktoru dəyişdi

socar-downstream-managementin-direktoru-deyisdi
Oxunma sayı: 6813

Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “SOCAR Downstream Management” MMC-nin direktoru Mustafa Mesut İlter vəzifəsindən azad edilib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Emil Aydın oğlu Alxaslıya həvalə olunub.

Xatırladaq ki, “SOCAR Downstream Management” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 501 min manatdır.