“SOCAR-ın adından yayılan xəbərlər tamamilə yanlışdır”

socar-in-adindan-yayilan-xeberler-tamamile-yanlisdir
Oxunma sayı: 3435

Dövlət Neft Fondu (ARDNF) fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

“Qafqazinfo”nun xəbərinə görə, qurumun yaydığı məlumatda qeyd olunur ki, son həftələrdə ARDNF və ARDNŞ (SOCAR) adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlər və eləcə də, təqdim olunan müvafiq onlayn platforma tamamilə yanlışdır və həqiqəti əks etdirmir.

“Bu paylaşımların Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyə olunur”, - deyə açıqlamada vurğulanır.