Aprelin 25-də Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəzarət Departamentində çilingər işləyən Muradov Ələddin Paşa oğlu Zığ-2 istehsalat sahəsində “Senebogen” markalı qaldırıcı kranı demontaj edərkən sığortalayıcı tədbirləri həyata keçirmədən seksiyaları birləşdirən barmaqları çıxarmış və bu zaman açılan seksiya onun baş nahiyəsinə düşərək xəsarət yetirib.
“Qafqazinfo” Socar-a istinadən xəbər verir ki, o, aldığı xəsarətdən dünyasını dəyişib.
Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.
Son xəbərlər
Son Xəbərlər