Kür çayının üzərindəki Su Elektrik Stansiyasında mövcud sızmanı aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görmək istəyən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı ehtiyatsızlıqdan çayda batıb.
Axtarış tədbirləri bu gün saat 19-da onun cəsədinin suda tapılmasıyla yekunlaşıb. Cəsəd sudan çıxarılaraq məhkəmə tibbi ekspertiza və anatomiya birliyinin Şəmkir rayon şöbəsinə verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Kəpəz TV)
FHN-in mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, Kürdə batan şəxs onların əməkdaşı deyil. "Həmin şəxs SOCAR-ın dalğıcı olub".
Son xəbərlər
Son Xəbərlər