SOCAR-ın idarə rəisinin qardaşının meyiti tapıldı

SOCAR-ın idarə rəisinin qardaşının meyiti tapıldı
Oxunma sayı: 2930

Xəzər dənizində itkin düşən neftçi, SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşı İlqar Şərifovun meyiti tapılıb. 

"Qafqazinfo" News24.az-a istinadən xəbər verir ki, İ.Şərifovun meyiti Pirallahıda "Mayak" adlanan ərazidə balıqçılar tərəfindən aşkarlanıb.

Bu gün tapılan meyit barədə Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinə məlumat verilib. 

Qeyd edək ki, İlqar Şərifov bir neçə gün əvvəl Abşeron NQÇİ-də itkin düşmüşdü.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi