Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov "SOCAR Turkey Energy" şirkəti İdarə Heyətinin bugünkü qərarı ilə "SOCAR Turkey Energy"nin baş direktoru təyin edilib. Z.Qəhrəmanov bu vəzifədə 2008-ci ildən "Petkim Holding" və "SOCAR Turkey Energy"nin baş icraçı direktoru (CEO) olan və tutduğu postdan istefa verən Kənan Yavuzu əvəz edib.
“Qafqazinfo”nun məlumatına görə, "SOCAR Turkey Energy"dən report-a bildirilib ki, İdarə Heyətinin sədri Vaqif Əliyev K.Yavuza "SOCAR Turkey Energy" şirkətində bu günə qədər göstərdiyi fəaliyyətə görə təşəkkür edib və Z.Qəhrəmanova yeni vəzifəsində uğurlar arzulayıb: "Kənan Yavuz fəaliyyəti ərzində "SOCAR Turkey" şirkətinə xidmət edib, onun rəhbərliyi altında şirkət önəmli uğurlara imza atıb. O, CEO fəaliyyəti ərzində həm şirkətimizin investisiyalarının Türkiyədə daha geniş miqyasda yayılması, həm də Türkiyənin enerji sektorunda rəqabətədavamlı bir oyunçu halına gəlməsi üçün böyük dəstək verib. Kənan Yavuz şirkətlər qrupumuzdakı İdarə Heyətinin üzvlüyünü davam etdirəcək".
2008-cı ildən etibarən "SOCAR Trading S.A" baş maliyyə qrupuna qatılan Z.Qəhrəmanov 2013-cü ildən SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini vəzifəsində çalışıb. O, eyni zamanda "SOCAR Energy Switzerland", Trans-Adriatik Boru Kəməri (TAP) və "Neftçi" Futbol Klubu İdarə Heyətinin üzvüdür.
Son xəbərlər
Son Xəbərlər