Bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova istinadən yayılmış “Azərbaycan “Azərenerji” üçün Rusiyanın “Qazprom” şirkətindən təbii qaz almağı nəzərdə tutur” məlumatı həqiqəti əks etdirmir.
“Qafqazinfo” xəbər verir ki, Şirkət bununla bağlı açıqlama yayıb. Açıqlamaya görə, Elşad Nəsirov bildirib ki, hazırda SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur, “AzMeCo”, “Azərenerji” və ya digər şirkətlər daha sərfəli şərtlərlə “Qazprom”dan qaz almaq istəyərlərsə, SOCAR-ın infrastukturundan istifadə edə bilərlər.
Son xəbərlər
Son Xəbərlər