SOCAR və Aİ Komissarı Avropaya qazın artırılmasını müzakirə etdi - Foto

socar-ve-ai-komissari-avropaya-qazin-artirilmasini-muzakire-etdi
Oxunma sayı: 1432

Avropa İttifaqının (Aİ) Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhelyi SOCAR rəsmiləri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun komissarı Oliver Varhelyi tviter hesabında paylaşım edib.

“Qaz təchizatı marşrutlarımızın şaxələndirilməsini genişləndirmək üçün fərqli mənbələrdən Avropaya daha çox qaz gətirilməsi ilə bağlı müzakirələr apardıq”, - deyə Aİ Komissarı qeyd edib.