Soçi-Bakı-Soçi aviareysi ləğv edildi - Səbəbi açıqlanmır

soci-baki-soci-aviareysi-legv-edildi
Oxunma sayı: 1596

Yanvarın 5-də həyata keçirilməli olan Soçi-Bakı-Soçi aviareysi ləğv edilib.

“Qafqazinfo” “AzərTAC”a istinadən xəbər verir ki, “Ural Airlines” aviaşirkətinin yerli vaxtla saat 21:20-də “U6 2663” saylı Soçidən Bakıya olan uçuşu ləğv olunub.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Ural Airlines” aviaşirkətinin yerli vaxtla saat 22:20-də Bakıdan Soçiyə olan “U6 2664” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Soçi-Bakı-Soçi aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.