Soçi həyəcanımız davam edir

soci-heyecanimiz-davam-edir
Oxunma sayı: 939


“Qafqazinfo”nun Apasport.az saytına istinadən  məlumatına görə, yarışın ilk günündə qısa rəqslə məharətlərini göstərən idmançılar bu dəfə sərbəst proqramda bacarıqlarını nümayiş etdirəcəklər.

 Azərbaycanı təmsil edən Aleksey Sitnikov – Yuliya Zlobin dueti də büz üzərinə çıxacaq. Qısa rəqsdə inamlı təsir bağışlayaraq, 14-cü olan cütlüyümüz bu dəfə “8” nömrə altında mübarizə aparacaq.

 Bakı vaxtı ilə saat 19:00-da start götürəcək yarışda qalib 2 nəticənin yekununa əsasən bilinəcək. Yığmamızın rekorduna imza atmaq iddiasında olan duetimiz ilk gündə hakimlərdən 58,15 bal alıb.

  Qeyd edək ki, indiyədək “Ağ Olimpiada”da rekordumuz 16-cı yerdir. Sitnikovla Zlobin isə ilk “onluğ”a namizəd sayılır.