Soçidə ilk qızıl medal

socide-ilk-qizil-medal
Oxunma sayı: 1980


Soçidə XXII Qış Olimpiya Oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, Olimpiya Oyunlarının ikinci günü – fevralın 8-də kişilər arasında sloupstayl (tramplin, xüsusi piramida tikililəri və s. buna oxşar müxtəlif formalı obyektlərin üzərindən tullanaraq təhlükəli akrobatik hərəkətlərlə icra olunan idman növü) üzrə yarışların final mərhələsinə yüksələn bütün atletlər müəyyənləşib.

İkinci təsnifat yarışından uğurla çıxmış Billi Morqan (Böyük Britaniya), Seyc Kotsenburq (ABŞ), Mark Makmorris (Kanada) və Yuki Kadono (Yaponiya) həlledici mərhələyə yüksəlib.

Fevralın 7-də təşkil olunmuş birinci təsnifat mərhələsindən isə Staale Sandbex, Qermund Braaten (hər ikisi Norveç), Roope Tonteri, Peetu Piiroynen (hər ikisi Finlandiya), Maksens Perrot, Sebastyan Tutan (hər ikisi Kanada), Ceymi Niçols (Böyük Britaniya) və Sven Torqren (İsveç) finala vəsiqə qazanıblar.

Final mərhələsində isə qızıl medalın sahibi amerikalı Seyc Kotsenburq olub.

İlk gümüş medalı norveçli Stole Sandbex (91,75), bürünc isə kanadalı Mark Makmorris (88,75) qazanıb.