Rusiyanın məşhur kurort şəhəri Soçini su basıb.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə “Life Shot” teleqram kanalı məlumat yayıb.
Məlumata əsasən, şəhəri su basmasına səbəb Xerota çayının məcrasından çıxması olub. Bundan başqa, yağışlı hava səbəbindən Maçesta çayının səviyyəsində kritik artım müşahidə edilir.
Bildirilir ki, bütün bunlara səbəb 4 iyul tarixində Soçi şəhərində tufan ilə müşayiət edilən leysan yağışlarının yağması olub. Küləyin sürətinin saniyədə 22 metrə çatacağı, dəniz üzərində fırtına əmələ gələcəyi gözlənilir.
Şoçi şəhərinin rəhbərliyi Adler və Xostin rayonlarında çaylar məcrasından çıxarsa, yerli sakinləri təxliyyə edəcəkləri ilə bağlı xəbərdarlıq edib. Bununla yanaşı, şəhərin pis hava şəraitinin nəticələrinin aradan qaldırılması üzrə operativ qərargahı sutkalıq rejimdə çalışır.
Son xəbərlər
Son Xəbərlər