Sofiya yaxınlığında qatarlar toqquşub - İtkin düşən və yaralananlar var

sofiya-yaxinliginda-qatarlar-toqqusub
Oxunma sayı: 1118

Bolqarıstanın paytaxtı Sofiya yaxınlığındakı Kremikovtsi dəmir yolu stansiyasında iki yük qatarı toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BTV məlumat yayıb.

Bildirilir ki, qeyri-rəsmi məlumata görə, iki nəfər itkin düşüb, altı nəfər isə yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə yerinə təcili yardım qrupları və polis göndərilib.