Sofiyadan 15 milyonluq iddia - Fotosessiya

sofiyadan-15-milyonluq-iddia-
Oxunma sayı: 6502

Kolumbiya əsilli aktrisa Sofiya Verqara kosmetika şirkəti ilə məhkəməlik olub.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 43 yaşlı aktrisa reklamında onun şəklini icazəsiz istifadə edən “Venus Concept” adlı şirkəti məhkəməyə verərək 15 milyon dollar təzminat tələb edib.

Verqaranın yaxın rəfiqələrindən biri bildirib ki, aktrisa bu cür kampaniyalarda onun icazəsi olmadan şəkli istifadə olunduqda özünü fanatlarını aldatmış kimi hiss edir.