Şok: 6-cı sinif şagirdi özünü asdı- - Video

sok-6-ci-sinif-sagirdi-ozunu-asdi-
Oxunma sayı: 6068


“Qafqazinfo” xəbər verir ki, APA TV-nin xəbərinə görə, 286 nömrəli məktəbin 6-cı sinif şagirdi İlham Cəfərov özünü qonşuluqda yeni tikilməkdə olan binada boş mənzillərin birində asaraq intihar edib. Hadisə ilə bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Meyit ekspertiza üçün 1 saylı Şəhər Klinik Xəstəxanasının Tibbi Ekspertiza və Patoloji Anatomiya Şöbəsinə gətirilib. Ekspertizadan sonra İlham Cəfərovun meyit ailəsinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi Tərəfindən Cinayət işi açılıb, araşdırma aparılır.