Sökülən villalar kimindir?- - Video

sokulen-villalar-kimindir-
Oxunma sayı: 10829


“Qafqazinfo”nun Ans TV-yə istinadən məlumatına görə, “Dostluq” parkı adlanan ərazidə hasarlar sökülüb, onlarla villa yerlə-yeksan edilib. Lakin bəzi villalar qalır, ərazidə yarımçıq villaların tikintisi də dayandırılıb.

Bəs bu villaların sahibləri kimlərdir? Sökülən villalardan 4-5-i Cəmilə adlı xanıma məxsus olub.

Söküntü zamanı o ərazidə olub, deyilənə görə xanım ev al-satqısı, maklerliklə məşğuldur. Dəbdəbəli evlərdən biri polis generalına məxsusdur. Amma onun evinə toxunulmayıb, villanın ətrafında hasar sökülüb.

Generalın kimliyi müəyyən edilməsə də, onun dövlət nişanlı avtomobili villasının qarşısında olub.