Soliton Mağazalar Şəbəkəsi şəhid övladları üçün əyləncəli tədbir keçirib - Fotolar+Video

soliton-magazalar-sebekesi-sehid-ovladlari-ucun-eylenceli-tedbir-kecirib
Oxunma sayı: 1011

Soliton Mağazalar Şəbəkəsi  1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin övladları üçün əyləncəli tədbir həyata keçirib.

Tədbirin təşkilinə həssas və diqqətlə yanaşan “Soliton” komandası uşaqların maraqlı gün keçirməsi üçün əyləncəli proqramlar və oyunlar həyata keçirib. Tədbir üçün müxtəlif obrazlı qəhrəmanlar uşaqlarla birlikdə rəqs edib, oyunlar oynayıblar. Tədbirin bir hissəsi olan Food Blogger Nigar xanımla birlikdə uşaqlar üçün master klass keçirilmiş və ləzzətli kokteyllər hazırlanıb. 

"Soliton şirkəti olaraq bu tədbirə sevgi və diqqətlə yanaşdıq. Vətən uğrunda canından keçən hər bir qəhrəmanımızın övladı bizim üçün çox dəyərlidir. Ümid edirik ki, birlikdə keçirdiyimiz bir gündü onlar üçün xoş xatirə yarada bildik. Uşaqlar bizim gələcəyimizdir və gələcək onların əlindədir. Atdıqları hər addımda onlara dəstək olmaq, onları qorumaq, sevgi ilə böyümələrinə dəstək olmaq bizim borcumuzdur. Bütün uşaqları 1 İyun - Uşaqların Beynəxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edirik".