“Soliton”da şöbə müdiri işçini döyüb?

solitonda-sobe-mudiri-iscini-doyub
Oxunma sayı: 2824

Nərimanov rayonunda işçi müdiri tərəfindən döyüldüyünü iddia edərək bununla bağlı polisə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayon ərazisindəki “Soliton” mağazasında baş verib. 1988-ci il təvəllüdlü S.H. şirkətin şöbə müdiri, Türkiyə vətəndaşı olan B.Cemil tərəfindən fiziki şiddətə məruz qaldığını bildirib.

Müraciətlə bağlı araşdırmalar aparılır.

Nizam Rza