Solomon Adaları sahillərində güclü zəlzələ

solomon-adalari-sahillerinde-guclu-zelzele
Oxunma sayı: 1793

Solomon Adaları sahillərində 6,6 bal gücündə zəlzələ olub. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Onun məlumatına görə, yeraltı təkanların episentri Solomon Adalarının paytaxtı Honiaradan 782 kilometr şərqdə, ocağı isə 112 kilometr dərinlikdə yerləşib.

Dağıntı, tələfat və sunami xəbərdarlığı barədə məlumatlar daxil olmayıb.