“Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları rusiyalı jurnalist Vladimir Solovyova qarşı sui-qəsd planlaşdıran bir qrup neonasisti saxlayıb”.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.
Ölkənin hüquq-mühafizə orqanlarının məlumatına görə, qruplaşma sui-qəsdlə bağlı tapşırığı Ukrayna Silahlı Qüvvələrindən alıb.
“Saxlanılan şəxslər “National Socialism/White Power” neonasist terror təşkilatının üzvləridir və Rusiya vətəndaşlarıdır”, - deyə məlumatda qeyd olunub.
Qruplaşma üzvləri dindirilmə zamanı bildiriblər ki, Solovyovu qətlə yetirdikdən sonra Rusiyanı tərk etməyi və başqa ölkədə gizlənməyi planlaşdırıblar.
Son xəbərlər
Son Xəbərlər