Şolts 13 ildən sonra ilk dəfə Seula səfər edəcək

solts-13-ilden-sonra-ilk-defe-seula-sefer-edecek
Oxunma sayı: 1124

Almaniya kansleri Olaf Şolts mayın 21-də Cənubi Koreyaya səfər edərək prezident Yun Suk Yeol ilə görüşəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ronhap” agentliyi məlumat yayıb.

Şolts səfəri Xirosimada G7 sammitində iştirak etdikdən sonra edəcək. Səfər zamanı Şoltsun ilk olaraq Cənubi və Şimali Koreyanı ayıran silahsızlaşdırılmış zonaya baş çəkəcəyi gözlənilir. Daha sonra o, Cənubi Koreya Prezidenti ilə ikitərəfli görüş keçirəcək. Almaniya kanslerini həyat yoldaşı Britta Ernst müşayiət edəcək.

Şolts Angela Merkelin 2010-cu ildə G20 sammitində iştirak etmək üçün səfərindən sonra 13 il ərzində Seula səfər edən ilk Almaniya lideri olacaq. O, həmçinin keçmiş kansler Helmut Kolun 1993-cü ildə səfərindən sonra 30 il ərzində Seula ölkə prezidenti ilə ikitərəfli görüş üçün səfər edən ilk Almaniya kansleri olacaq.