Şolts Ukraynaya tank göndərməyə tələsmir...

solts-ukraynaya-tank-gondermeye-telesmir
Oxunma sayı: 1265

Almaniya Kansleri Olaf Şolts bəzi yüksək rütbəli almaniyalı məmurların ona qarşı təzyiqlərinə baxmayaraq, Ukraynaya müasir döyüş tanklarının verilməsi barədə qərarı təxirə salır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzetinin Avropa versiyasının yaydığı məlumatda qeyd olunub.

Qəzet yazır ki, Ukraynaya tankların göndərilməsi planı hazırda Almaniyanın vitse-kansleri Robert Habek və xarici işlər naziri Annalena Berbok tərəfindən fəal şəkildə irəli sürülür. Ukraynaya gələcəkdə 100-ə qədər alman döyüş maşınının göndərilməsi istisna edilmir. Bununla belə, nəşr Ukraynaya məhz hansı model tankların göndərilə biləcəyini açıqlamayıb.

Qəzetin mənbələrinin məlumatına görə, Ukraynaya tankların göndərilməsi barədə yekun qərar bu həftə verilə bilərdi, lakin sözügedən qərar hazırda qeyri-müəyyən vəziyyətdədir.

Bildirilir ki, bu, Şoltsun Qərb müttəfiqləri ilə koordinasiyalı şəkildə bu cür silahların göndərilməsinə dair ümumi strategiyanın hazırlaması istəyinə görədir.