Somalinin paytaxtı Moqadişuda bomba ilə yüklənmiş iki avtomobil partladılıb.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, terrorçular öncə bir avtomobili hotelin qarşısında partladıblar. Daha sonra polislərlə atışma baş verib.
Silahlılar hadisə yerindən qaçarkən isə digər avtomobildəki partlayıcını işə salıblar.
İki partlayış nəticəsində ümumilikdə 10 nəfər ölüb, 28 nəfər isə yaralanıb.
Hadisə zamanı yaxınlıqdakı binalarda uçqunlarbaş verib.
Son xəbərlər
Son Xəbərlər