Somalidə DİN-in binası yanında 2 partlayış - 9 ölü, 13 yaralı

somalide-din-in-binasi-yaninda-2-partlayis
Oxunma sayı: 728

Somalinin paytaxtı Moqadişoda Daxili İşlər Nazirliyinin binası yaxınlığında 2 dəfə partlayış  baş verib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Ölənlərin sayının artacağı istisna edilmir. 

Qeyd edək ki, terrorçu-kamikadze prezident sarayının yaxınlığında yerləşən DİN-in baş qərargahı yanında avtomobili partladıb. Partlayışa görə məsuliyyəti "Əş-Şabab" islam qruplaşması öz üzərinə götürüb.