Somalinin paytaxtı Moqadişoda güclü partlayış olub.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində yanğın baş verib.
Partlayışı qurbanlarının olub-olmadığı hazırda müəyyənləşdirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
***
Moqadişoda partlayış nəticəsində 3 nəfər həlak olub.
Məlumata görə, partlayıcı quraşdırılmış avtomobil hotellərdən birinin yaxınlığında qəzaya uğrayıb.
Terrorçuların hoteldə olma ehtimalı irəli sürülür.
Hadisəyə məsuliyyəti “Əl-Şabab” təşkilatı öz üzərinə götürüb.
Son xəbərlər
Son Xəbərlər