Somalidə humanitar yardım daşıyan təyyarə qəzaya düşdü - Ölənlər var

somalide-humanitar-yardim-dasiyan-teyyare-qezaya-dusdu
Oxunma sayı: 1505

Somalidə Afrika Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” “İzvestiya”yay istinadən xəbər verir ki, Bardeyl hava limanı yaxınlığında baş vermiş qəzada 6 nəfər ölüb. Humanitar yardım daşıyan təyyarədə dərmanlar və ağcaqanad əleyhinə torlar olub.

Laynerin Efiopiya tərəfindən vurulduğu ehtimal olunur.

Hazırda qəzanın səbəbləri araşdırılır.