Somalidə öldürülən qadının cənazəsi bu gecə gətiriləcək

somalide-oldurulen-qadinin-cenazesi-bu-gece-getirilecek
Oxunma sayı: 2848

Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa hücum nəticəsində dünyasını dəyişmiş azərbaycanlı Kamaliya İsmayılovanın cənazəsi bu gecə Azərbaycana gətiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend-ə mərhumun yaxınları məlumat verib.

Məlumata əsasən, cənazə artıq İstanbuldadır və meyitin Bakıya gətirilməsi üçün hazırlıqlara başlanıb. K.İsmayılovanın cənazəsi aprelin 2-də İstanbul hava limanından J-28080 İstanbul-Bakı aviareysi ilə Bakı vaxtı ilə saat 23:30-da paytaxtımıza yola salınacaq.

Aprelin 3-də Göyçay rayonunun Ləkçıplaq kəndində dəfn mərasimi keçiriləcək.