Somalidə otelə bombalı hücum - Ölən və yaralananlar var

somalide-otele-bombali-hucum
Oxunma sayı: 1640

Somalinin Cövhər şəhərində bomba yüklü avtomobilin Somali siyasətçilərinin yerləşdiyi otelə çırpılması nəticəsində azı 2 nəfər həyatını itirib, 15-dən çox insan yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə “Nuur Doob”  otelində baş verib.

Somalinin Hirshabelle əyalətinin sözçüsü Daud Hacı İrro hadisə nəticəsində həyatını itirənlərin sayının arta biləcəyini deyib.

Bombalı hücuma görə məsuliyyəti “Əl-Şəbab” terror təşkilatının üzərinə götürdüyü bildirilib.