Somalidə otelə hücum - 32 nəfər girov götürülüb

somalide-otele-hucum
Oxunma sayı: 749

Somalinin paytaxtı Moqadişuda silahlı şəxslər bir otelə hücum ediblər.

“Qafqazinfo” xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilir ki, silahlılar oteldə 32 nəfəri girov götürüblər.

Polislərin əməliyyatı nəticəsində 20 nəfər xilas edilib. Lakin, 2 girov silahlılar tərəfindən öldürülüb. Hazırda 10 nəfər hələ də terrorçuların əlindədir.

Hücumu hələlik heç bir təşkilat üzərinə götürməyib. Lakin, Əş Şabab terrorçu qruplaşması Moqadişuda otel və restoranlara tez-tez hücumlar etdiyi üçün onlardan şübhə edilir.