Somalinin paytaxtı Moqadişidə otellərdən birinə hücum olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı azı 14 nəfər öldürülüb. Yaralananlardan 4-ü jurnalistdir.
Məlumata görə, otelin çıxışında içərisinə bomba yüklənmiş avtomobil partaldılıb. Daha sonra naməlum şəxslər odlu silahdan atəş açıblar.
İlkin məlumata görə, hücum edənlər "Əş-Şəbab" terror qruplaşmasının üzvləri olub.
Son xəbərlər
Son Xəbərlər