Somalidə partlayış törədildi, xeyli sayda ölən var

somalide-partlayis-toredildi-xeyli-sayda-olen-var
Oxunma sayı: 798

Somalinin paytaxtı Moqadişoda partlayış törədilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində azı 20 nəfər ölüb, 40 nəfər yaralanıb. Məlumata görə, minalanmış avtomobil məşhur restoranlardan birinin yaxınlığından keçərkən partladılıb.

Hadisəyə görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.