Somalidə prezident iqamətgahı yaxınlığında partlayış - Ölənlər və yaralananlar var

somalide-prezident-iqametgahi-yaxinliginda-partlayis
Oxunma sayı: 784

Somalinin paytaxtı Moqadişuda prezident iqamətgahı və parlament binasının girişində güclü partlayış törədilib.

“Qafqazinfo” Anadolu” agentliyinə istinadən xəbər verir ki, nəzarət-buraxılış məntəqəsində bomba yüklü maşın partladılıb. Nəticədə azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb. 

Partlayışdan sonra bölgəyə təhlükəsizlik xidməti əməkdaşları cəlb edilib.

Hadisəni hələlik üzərinə götürən olmayıb.

Qeyd edək ki, “Əş-Şəbab” terror təşkilatı ölkədə tez-tez təhlükəsizlik orqanları və mülki yaşayış məntəqələrini hədəf alan hücumlar təşkil edir.