Somalidə türkiyəlilərin olduğu restoranda partlayış - 11 yaralı

somalide-turkiyelilerin-oldugu-restoranda-partlayis
Oxunma sayı: 848

Somalinin paytaxtı Moqadişuda bomba partlayışı baş verib. “Qafqazinfo” xəbər verir ki, hücum paytaxtın 30 km-liyində olub.

“Röyters” agentliyi hücumun hədəflərinin türk inşaat işçilərinin olduğunu bildirib.

Türkiyə səfiri ölənlər olmasa da, yaralıların olduğunu açıqlayıb. Onun sözlərinə görə, 3-ü türk vətəndaşı olmaqla 11 nəfər yaralanıb.

Qeyd edək ki, hücum sırasında işçilər restoranda yemək yeyirmiş.