Somaliyə 72 min dollar ictimai dəstək

somaliye-72-min-dollar-ictimai-destek
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, Ramazan bayramından sonra yığılan vəsaitlər hesabına alınacaq ərzaqlar, İKGF-nin Somaliyə yola düşəcək nümayəndələri vasitəsilə həmin ölkədə humanitar fəlakətlə üzləşən adamlara çatdırılacaqdır.

İKGF Baş Katibi, səfir Elşad İsgəndərov bu kampaniyaya göstərdiyi dəstəyə görə Azərbaycan vətəndaşlarına, aksiyanın işıqlandırılması işində fəal iştirakına görə KİV-lərə öz dərin təşəkkürünü bildirmiş, kampaniyanın baş tutmasını milli xeyriyyəçilik ənənələrimizin yaşamasının simvolu olduğunu qeyd etmişdir.

“Kampaniya elan edilən gündən etibarən yüzlərlə vətəndaş İKGF ofisinə gələrək nağd şəklində, yaxud də bank köçürmələri vasitəsilə bu kampaniyaya qoşulmuşlar. Belə xeyirxah aksiyalar Azərbaycanın qisa bir müddət ərzində vaxtilə başqalarından yardım qəbul edən ölkədən, hazırda dünyanın ucqar nöqtələrinə belə donorluq edən ölkəyə çevrildiyini nümayiş etdirir. Ölkəmizin , vətəndaşımızın zənginləşməsi ilə yanaşı bu nəticələr Hacı Zeynəlabdin ruhu, başqasına əl tutumaq şövqü, sadəcə öz dar maraqlarını deyil, bütün insaniyyəti düşünmək zehniyyətinin insanlarımızda yaşadıgını sübut edir” – deyə E. İskəndərov əlavə etmişdir.

10 iş günü müddətində davam edən kampaniyanın bütün təşkilati və cari işləri, alınacaq ərzaqların Somaliyə çatdırılması, nümayəndələrin getməsi zamanı baş verən bütün xərclər İKGF-nin öz hesabına ödənilir. Bu baxımdan kampaniya zamanı toplanmış bütün vəsait tam həcmdə Somalidə aclıq çəkənlərin ərzaqları üçün xərclənəcəkdir. Eyni zamanda Somaliyə yardım üzrə kampaniya çərçivəsində İKGF tərəfindən xeyriyyə iftarları təşkil olunmuşdur. Kampaniya çərçivəsində kampaniyaya dəstək olmaq məqsədilə İKGF İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Bakıda akkreditə olunmuş səfirlik nümayəndələrinə, daha sonra İslam Konfransi Gənc İş Adamları Şəbəkəsi (İKGİAŞ) Azərbaycan Milli Komitəsi Üzvlərinə və yardım göstərmək istəyən vətəndaşlar üçün açıq şəkildə xeyriyyə iftarı təşkil etmişdir.
Bir neçə ictimai təşkilat kampaniyaya qoşularaq müstəqil surətdə maliyyə vəsaiti toplayıb, sonda kampaniyanın bank hesabına köçürmüşlər.

İKGF öz ianələrini bu kampaniyaya bəxş etmiş bütün Azərbaycan vətəndaşlarına dərin təşəkkür edir, aşağıdakı siyahıda, kampanıya zamanı aktivlik göstərmiş və ən çox ianə ayırmiş qurum və şəxslərəin adlarını xüsusi qeyd edir:

1. Xarici missiyalar arasında - Bakıdakı Səudiyyə Ərəbistanı səfirliyi
2. Şirkətlər – “Azərmaya” MMC, “Bakı 21-ci əsr” MMC, “Kaspident”
3. İcmalar - “Məşədi Dadaş” məscidi, “Sədərək” TM məscidi, “İrfan” dini icmaları
4. İctimai Birliklər - “Miras” və “Mənəvi Saflıq” İB-ləri
5. Vətəndaşlar – Camal İbrahimov, Vahid Qasımov, Natiq Qasımov, Rauf, Nəzakət Şirinova, Mürşid Bağırov, Çingiz Novruzov, Azər Hüseynov, Ceyhun Mustafayev və adlarını qeyd etmədən vəsait köçürmüş bütün digər şəxslər və qurumlar.

Qeyd edək ki, İKGF Somalidə aclıq çəkən hər ailənin bir aylıq ərzaq ehtiyaclarını ödəyə biləcək ərzaq paketlərini, biri 60 ABŞ dolları olmaqla hazırlamağı və Azərbaycanda toplanmış vəsaitin 1200-dən artıq ailənin (beş min nəfərdən artıq şəxsin) bir aylıq qidasını təmin etməsi planlaşdırır. İKGF yardımın ünvana çatdırılması ilə əlaqədar olaraq mətbuatda geniş açıqlama verməyi də nəzərdə tutur.