Son 10 gündə həm anasını, həm də atasını itirdi

son-10-gunde-hem-anasini-hem-de-atasini-itirdi
Oxunma sayı: 3799

Azərbaycanın teatr və kino aktyoru Kamran Yunisə ağır itkilər üz verib.

“Qafqazinfo” xəbər verir ki, tanınmış sima 10 gün ərzində hər iki valideynini itirib.

Bu barədə o, sosial şəbəkədə məlumat verib. Qeyd edib ki, anası Ulduz Rza Xəlilbəyli 25 noyabrda, atası Aydın M. Yunis isə 2 dekabrda vəfat edib.

Qeyd edək ki, Ulduz Xəlilbəyli Xalq şairi Xəlil Rza Ulutürkün bacısı idi.