Son 1/4 finalçılar məlum olur

son-14-finalcilar-melum-olur
Oxunma sayı: 1951

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə daha dörd matç baş tutacaq.

“Atletiko” evdə “Real”la, “Lill” “Borussiya” ilə üz-üzə gələcək. PSV səfərdə “Arsenal”ın, “Brügge” isə “Aston Villa”nın qonağı olacaq.

UEFA Çempionlar Liqası

1/8 final, cavab görüşləri

12 mart

21:45. “Lill” (Fransa) - “Borussiya” (Almaniya) (İlk oyun - 1:1)

00:00. “Atletiko” (İspaniya) - “Real” (İspaniya) (İlk oyun - 1:2)

00:00. “Arsenal” (İngiltərə) - PSV (Niderland) (İlk oyun - 7:1)

00:00. “Aston Villa” (İngiltərə) - “Brügge” (Belçika) (İlk oyun - 3:1)

Bundan əvvəl də “Barselona”, PSJ, “İnter” və “Bavariya” 1/4 finala yüksəlib.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə 15-16-da keçiriləcək.