Son 1/8 final cütləri - Oyunlar nə zaman olacaq?

son-18-final-cutleri
Oxunma sayı: 1497

Bu gün G qrupunda keçirilən son 2 oyunla 2018-ci il dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, qrup liderliyi uğrunda Belçika və İngiltərə üz-üzə gəlib.

Belçika Adnan Yanuzayın qolu ilə İngiltərə üzərində qələbə qazanıb. Bununla da “qırmızı şeytanlar” qrup lideri olmağı bacarıblar.

Bu görüşlərdən sonra son 2 1/8 final cütü də bəlli olub.

Beləliklə, G qrupunun lideri Belçika növbəti mərhələdə H qrupunun ikincisi Yaponiya ilə qarşılaşacaq.

H qrupunun birincisi Kolumbiya isə G qrupunun ikincisi İngiltərə ilə üz-üzə gələcək.

DÇ-2018

1/final

2 iyul

22:00. Belçika – Yaponiya

3 iyul

22:00. İngiltərə - Kolumbiya