“Son 2 ildə ictimai nəqliyyata etibar yenidən artmağa başlayıb”

son-2-ilde-ictimai-neqliyyata-etibar-yeniden-artmaga-baslayib
Oxunma sayı: 799

“Bakı Nəqliyyat Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində son 7 ildə paytaxtda istismarda olan avtobusların 70 %-dən çoxu yenilənib”.

“Qafqazinfo” xəbər verir ki, bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi  Mais Ağayev deyib.

 Həmçinin oxuyun: Оправданы 10 человек по "Тертерскому делу"

M. Ağayev pandemiyadan öncəki dövrdə avtobuslarla sərnişin səfər saylarının hər il artdığını deyib:

“2016-cı ildə 629 mln., 2017-ci ildə 659 mln., 2018-ci ildə 704 mln., 2019-cu ildə 801 milyondan artıq sərnişin səfər sayı olub. 2016 və 2019-cu illər aralığında sərnişin səfər sayı 170 milyon, yəni 27 %-dən çox artıb. Ama pandemiyanın gəlişi ilə səyahət sayında 50 %-ə qədər azalma oldu. Bu tendensiya dünyanın bütün şəhərlərində müşahidə edildi. Təhlillər göstərir ki, həmin şəhərlərdə son iki ildə ictimai nəqliyyata etibar yenidən artmağa başlayıb. Buna onlar yollarda avtobus zolaqlarının tətbiqi ilə nail olub. Misal olaraq Tiflis şəhərini göstərə bilərik”.

Gülnar Əliyeva