Son 20 ildə bağlı qalan 8 cinayət açılıb

son-20-ilde-bagli-qalan-8-cinayet-acilib
Oxunma sayı: 878

Baş Prokurorluqda 2021-ci ilin yekunlarına həsr olunan geniş kollegiya keçirilir.

Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Baş prokuror Kamran Əliyev çıxış edərək bildirib ki, ötən il qeydə alınmış 31 min 131 cinayətin 87,3 faizinin üstü açılıb:

“Hesabat dövründə İstintaq idarəsində 328 cinayət işinin ibtidai istintaqı aparılmaqla 120 şəxs barəsində 96 cinayət işinin istintaqı yekunlaşdırılıb. Bunlardan 24 şəxs barəsində 17 iş - qəsdən adamöldürmə faktları ilə bağlı olub. 2000-2021-ci illərdə qeydə alınmaqla bağlı qalmış 8 cinayət işinin açılması təmin olunub.

İbtidai istintaqı tamamlanan cinayət işləri üzrə 67 milyon 165 min manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib”.