Son 24 saatda 500 nəfər təxliyyə edilib

son-24-saatda-500-nefer-texliyye-edilib
Oxunma sayı: 699

İraqın Mosul şəhərində ordu və İŞİD arasında döyüşlər davam edir.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq ordusunun polkovniki Əhməd Haşim bildirib.

Onun sözlərinə görə, şiddətli döyüşlərin davam etdiyi Qədim şəhər və Faruk məhəllələrindən son 24 saatda 500 mülki vətəndaş təxliyyə olunub. O, xilas edilənlərin  140-nın yaralı olduğunu söyləyib.

Qeyd edək ki, Mosulun azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrın 17-də başlayıb. O vaxtdan bəri 900 min mülki vətəndaş evlərini tərk edib.