Son 4 gündə bulvarda itkin düşən 35 uşaq tapılıb

son-4-gunde-bulvarda-itkin-dusen-35-usaq-tapilib
Oxunma sayı: 3588

Son 4 gündə paytaxtın Dənizkənarı Milli Park ərazisində 35 uşaq valideyn nəzarətindən yayınaraq itkin düşüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

O qeyd edib ki, itkin düşən uşaqlar post patrul xidmətinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.