Son 6 ayda Bakıda 433 nəfər yol qəzasında ölüb

son-6-ayda-bakida-433-nefer-yol-qezasinda-olub
Oxunma sayı: 639

Baş verən yol qəzalarının 711-i Bakı şəhəri ərazisində qeydə alınıb. Paytaxtda baş verən qəza nəticəsində 169 nəfər ölüb, 774 nəfər xəsarət alıb. 2010-cu ilin 6 ayı ilə müqayisədə yol qəzalarının, həlak olanların və yaralananların sayı uyğun olaraq 214 (43,1%), 7 (4,3%) və 313 (67,9%) nəfər artıb.

Respublika üzrə qeydə alınan yol qəzalarının 92,6 faizi (1265) sürücülərin Yol Hərəkəti Qaydalarını pozmaları, o cümlədən 44,4 faizi (607) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,1 faizi (315) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8 faizi (113) yol ayrıclarını keçmə qaydalarının pozulması, 2,7 faizi (37) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Baş verən yol qəzalarının 40,3 faizini (550) piyadaların vurulması təşkil edib. Nəticədə 167 piyada həlak olub, 410-u yaralanıb. Respublika üzrə qeydə alınmış yol qəzaları nəticəsində 37 nəfər uşaq və yeniyetmə həlak olub, 105 nəfər yaralanıb. Yol qəzasında 24 nəfər piyada ölüb, 62 nəfər piyada yaralanıb.

Qeyd edək ki, 2011-ci ilin 6 ayı ərzində respublika ərazisində 13 nəfərin həla