Son 6 ayda ilk: Ərdoğanla Makron danışıqlar aparacaq

son-6-ayda-ilk-erdoganla-makron-danisiqlar-aparacaq
Oxunma sayı: 1732

Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı günü axşam saatlarında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla videokonfrans formatında danışıqlar aparacaq.

“Qafqazinfo” bildirir ki, bu barədə “France-Presse” agentliyi Makron administrasiyasına istinadən xəbər verir.

Məlumata əsasən, bu, iki liderin son yarım ildə birinci danışıqları olacaq. Videokonfrans yerli vaxtla saat 18:00-a planlaşdırılıb, onun nə qədər davam edəcəyi məlum deyil.  

Agentlik danışıqlar zamanı hansı məsələlərin qaldırılacağını dəqiqləşdirmir, lakin iki lider arasında olan çoxsaylı fikir ayrılığı və qiyabi polemika barədə xatırladır.