“Son 6 il ərzində Azərbaycanda 545 minə yaxın şəxs işlə təmin olunub”.
“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Nazir müavini bildirib ki, 131 mindən çox şəxsin haqqı ödənilən ictimai işlərdə müvəqqəti məşğulluğu təmin edilib: “80 minə yaxın şəxs özünüməşğulluq proqramına, 27,5 min şəxs isə peşə hazırlığına cəlb olunub”.
O qeyd edib ki, bu gün ölkə üzrə kvota tətbiq edilən işəgötürən sayı 4650-ə yaxındır: “Ümumi kvota üzrə iş yerlərinin sayı 28,5 mindir. Bu gün kvota iş yerlərində 25 minə yaxın şəxsin məşğulluğu təmin olunub. Təklif olunan dəyişiklik kvotadan əlavə iş yerlərinin proqramı ilə bağlıdır”.
Zaur Mirzə